Xorvatiya millisinin futbolçusu Luka Modriç AVRO-2016-nın seçmə mərhələsində Azərbaycan və Norveçlə oyunlar öncəsi fikirlərini bildirib.
Teleqraf.com-un məlumatına görə, "Real"ın yarımmüdafiəçisi hər iki qarşılaşmanın çətin keçəcəyini deyib: "Bizi səfərdə iki çətin oyun gözləyir. Hazırlıqlara start vermişik. Hesab edirəm ki, səfərdə oynamağımıza baxmayaraq müsbət nəticə ilə qayıdacağıq".
Qeyd edək ki, Xorvatiya millisi sentyabrın 3-də Azərbaycan, sentyabrın 6-da Norveçlə qarşılaşacaq.
Rüstəm