3 Sentyabr 2015 14:03
565

"Tottenhem" Avropa Liqasının qrup mərhələsinin oyunları üçün sifariş ərizəsini UEFA-ya təqdim edib.

Teleqraf.com UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi 23 futbolçu sifariş edib.

Qapıçılar: Uqo Loris, Mişel Vorm

Müdafiəçilər: Kayl Uoker, Denni Rouz, Tobi Alderveyreld, Yan Vertongen, Erik Dayer, Kiran Trippyer, Federiko Fasio, Kevin Vimmer, Ben Devvis

Yarımmüdafiəçilər: Son Xın Min, Rayan Mason, Erik Lamela, Klinton Njye, Andros Taunsend, Mussa Dembele, Dele Alli, Naser Şadli, Kristian Eriksen, Aleks Priçard, Tom Karoll

Hücumçu: Harri Keyn

"Tottenhem" Avropa Liqasının qrup mərhələsində ilk oyununu sentyabrın 17-i doğma meydanda "Qarabağ"a qarşı keçirəcək.

Rüstəm


Müəllif:
Загрузка...