Bu gün FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
Teleqraf.com-un qurumun saytına istinadən yaydığı xəbərə görə, Azərbaycan milli komandası 4 pillə geriləyərək 110-cu pilləyə düşüb.
"Avro-2016"nın seçmə mərhələsində millimizin rəqiblərindən olan İtaliya 16-cı pillədəki yerini qoruyub. Xorvatiya 14-cü (-1), Norveç 69-cü (-1), Bolqarıstan 68-ci (+1), Malta isə 160-cı (-1) yeri tutur.
Qeyd edək ki, siyahıya yenə 1442 xalla Argentina başçılıq edir. Belçika 1269 xalla 2-ci, Almaniya 1248 xalla 3-cü yeri tutur.
“İlk onluq”
1 (1). Argentina – 1442
2 (2). Belçika – 1269
3 (3). Almaniya – 1248
4 (4). Kolumbiya – 1224
5 (5). Braziliya – 1209
6 (6). Portuqaliya – 1186
7 (7). Rumıniya - 1176
8 (10). Çili – 1149
9 (9). Uels - 1146
10 (8). İngiltərə - 1143
AÇ-2016-nın seçmə mərhələsindəki rəqiblərimiz
14 (13). Xorvatiya – 1037
16 (16). İtaliya – 1012
68 (69). Bolqarıstan - 503
69 (68). Norveç - 496
160-161 (159). Malta – 154
Millimiz və “qonşuları”
105-106 (104). Syerra-Leone - 304
105-106 (105). Antiqua və Barbuda – 304
107 (110). Salvador – 300
108 (108). Zimbabve - 298
109 (107). Litva - 294
110 (106). AZƏRBAYCAN – 291
111 (111). Namibiya – 284
112 (112) Bəhreyn - 281
113 (119). Kuba – 280
114 (113). Mavritaniya – 273
115 (114). Benin – 269