4 Sentyabr 2015 01:40
938
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Öz oyunçularımla fəxr edirəm. Xorvatiya kimi güclü yığmaya qarşı oynadıq və bir xal qazandıq. Bizi daha bir çətin oyun gözləyir. Azarkeşlərə dəstəyə görə çox sağol deyirəm”.

Bu sözləri milli komandamızın baş məşqçisi Robert Prosineçki "Avro-2016"nın seçmə mərhələsində Xorvatiya ilə oyundan (0:0) sonra keçirdiyi mətbuat konfransında deyib.

- Xorvatiya millisi haqda məlumatlı olmağınızın faydası oldumu?

- Sözsüz ki, oldu. Ancaq ilk növbədə komandamın əzmkar oyununu qeyd etməliyəm. Xorvatiyaya qarşı belə mübarizə aparmaq asan deyil.

- Niyə hücumda məhz Məhəmməd Qurbanova şans verdiniz? Rauf Əliyevi də sınamaq olmazdı?

- Bu suala cavab vermək istəmirəm.

- Milli komandamız tarixində ilk dəfə olaraq ardıcıl üç oyunda xal qazandı. Bu, sizin üçün nə deməkdir?

- Bu o deməkdir ki, futbolçularımız çox çalışır. Komandamız öz üzərində dayanmadan işləyir. Bütün Azərbaycan belə futbolçularla fəxr edə bilər.

- Belə oyunla Maltaya qalib gəlmək olar?

- Məncə, siz Xorvatiyanın nəyə qadir olduğunu bilmirsiniz. Malta ilə oyunda əlimizdən gələni edəcəyik ki, Bakıya xalla qayıdaq. //Qol.az


Müəllif: