"Bavariya"nın yarımmüdafiəçisi Arturo Vidal Paraqvayla yoldaşlıq matçı ərəfəsində Çilinin yığmasının düşərgəsini tərk edib.
Teleqraf.com xəbər verir ki, Çili Futbol Federasiyası açıqlamasında bunun şəxsi problemlərlə bağlı olduğunu bildirib.
Lakin Çilinin "El Mercurio" qəzetinin yazdığına görə, yarımmüdafiəçi kazinoya getdiyinə və intizam qaydalarına əməl etmədiyinə görə baş məşqçi Xorxe Sampaoli onu komandadan kənarlaşdırıb.
Xatırladaq ki, Amerika kuboku zamanı avtomobil qəzasına uğrayarkən də o, kazinodan qayıdırdı.
Cümə axşamı futbolçu artıq Münhenə qayıdıb.
Rüstəm