4 Sentyabr 2015 21:24
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Çox güclü komandaya qarşı oynayırdıq. Çətin qarşılaşma oldu. Amma sevinirik ki, bir xal qazandıq və azarkeşlərimizi üzmədik".

Bu sözləri Qol.Az-a açıqlamasında milli komandamızın üzvü Vüqar Nadirov Xorvatiya ilə görüşdən (0:0) sonra deyib.

"Xəzər Lənkəran"ın hücumçusu meydana daxil olandan sonra qol vurmaq üçün əlindən gələni etdiyini bildirib: "Əsasən rəqibi əks hücumda tutmağa çalışırdıq. Onları mərkəzdən cəzalandırmaq istəyirdik. Amma əlimizdən gələni etsək də, qol vura bilmədik".

V.Nadirov sentyabrın 6-da Malta ilə qarşılaşacaqları oyun haqda da danışıb: "Çalışacağıq ki? Malta ilə oyunda da yaxşı nəticə qazanaq. Xorvatiyalı ilə heç-heçə Malta ilə görüşdə bizə problem yaratmayacaq. Yəni komanda arxayınlaşmayacaq. Çünki neçə illərdir bir yerdə oynayırıq. Öz gücümüzə inanırıq".


Müəllif:

Oxşar xəbərlər