Avro-2016-nın seçmə mərhələsində keçiriləcək Malta – Azərbaycan oyunundan öncə millimizin baş məşqçisi Robert Prosineçkinin mətbuat qarşısında çıxış edib.
Teleqraf.com Prosineçkinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırır:
“Xorvatiya ilə oyundan sonra bizi burda çətin görüş gözləyir. Maltan yığmasının İtaliya millisinə qarşı son oyununu izləmişəm. Maltalılar yaxşı oynadılar. Yenə deyirəm ki, öz oyunçularımla fəxr edirəm. Onlar peşəkardırlar. Xorvatiya yığması ilə görüş artıq geridə qalıb. Əminəm ki, komandam sabah da əlindən gələni edəcək ki, evə uğurlu nəticə ilə qayıdaq. Həmişə oyundan əvvəl heyəti açıqlayıram. Start heyətində Kamran Ağayev, Məhəmməd Mirzəbəyov, Rəşad Sadıqov, Bədavi Hüseynov, Arif Daşdəmirov, Qara Qarayev, Rahid Əmirquliyev, Dmitri Nazarov, Cavid Tağıyev, Ruslan Qurbanov və Əfran İsmayılov yer alacaq.
Bakıda da hava istidir. Amma burada temperatur daha yüksəkdir. Məşqi oyun saatı ilə eyni vaxta təyin etdik. Bunları bəhanə edə bilmərik.
Sabah Malta millisinə uduzsaq belə, turnir cədvəlində 1 xal öndə olacağıq. Heç bir təzyiq yoxdur. Futbolçularıma güvənirəm. Çalışacağıq ki, sabah qələbə qazanaraq, fərqi artıraq”.