İspaniya La Liqasının III turunda Madrid "Atletiko"su ilə üz-üzə gələcək "Barselona"nın bir oyunçusu sıradan çıxıb.
Teleqraf.com xəbər verir ki, katalon klubunun saytında bu barədə məlumat yayılıb. Komandanın qapıçısı Klaudio Bravo son məşqdə zədələnib. Tibbi müayinə zamanı onun sol baldırında əzələ zədəsi aşkarlanıb.
Bravonun "Atletiko"ya qarşı oynayıb-oynamayacağı sual altındadı.
"Atletiko" – "Barselona" oyunu sentyabrın 12-də keçiriləcək.
Rüstəm