Azərbaycan Premyer Liqasının IV turunda bir oyunun keçirilmə vaxtı dəyişdirilib.
Teleqraf.com-un Peşəkar Futbol Liqasına istinadən verdiyi məlumata görə, "Qəbələ"nin Bakı "İnter" ilə matçı sentyabrın 13-də deyil, bir gün əvvəl baş tutacaq.
Avropa Liqasında çıxış edən "Qəbələ" PFL-ə müraciət edərək oyun vaxtının dəyişdirilməsini istəyib. Avropa Liqası yarışında iştirak edən klublar cari mövsümdə təqvim oyunlarının vaxtlarını tur çərçivəsində dəyişdirmək hüququna malikdir.
Qeyd edək ki, "Qəbələ" və "Qarabağ" Avropa Liqasının qrup mərhələsində ilk oyunlarını sentyabrın 17-də keçirəcəklər. "Qarabağ" səfərdə İngiltərənin "Tottenhem", "Qəbələ" isə Bakıda Yunanıstanın PAOK klubu ilə qarşılaşacaq.