"Real"ın ulduz futbolçusu Qaret Beylin meneceri Conata Barnett müştərisinin başqa kluba keçmək ehtimalından danışıb.
Teleqraf.com İngiltərə mətbuatına istinadən xəbər verir ki, o, yayılan xəbərləri təkzib edib.
Barnett açıqlamasında hətta qeyd edib ki, Beyl karyerasını məhz Madrid klubunda bitirəcək:
"Beylin "Real"dan getmək məsələsi tamamilə yalandı. Hətta bu cür ehtimal belə yaranmayıb. Bütün bunlar axmaq qəzet dedi-qodularıdı.
Onun "Real"da işləri qaydasındadı. Ümid edirəm ki, karyerasının sonuna kimi bu klubda qalacaq. Burda olan hər şey onun ürəyincədi".
Daha öncə bildirilirdi ki, "Mançester Yunayted" Beylin transferi üçün istənilən məbləği ödəməyə hazırdı.
Rüstəm