Türkiyə millisində çıxış edən əslən azərbaycanlı atlet Ramil Quliyev 200 metr məsafəyə qaçışda özünə aid rekordu yeniləyib.
"Report"un Türkiyə Atletika Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, 25 yaşlı sprinter Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Ümumdünya Çağırış turnirində finişə 19,88 saniyəyə çatıb.
Bununla da R.Quliyev bu yaxınlarda Çinin paytaxtı Pekindəki dünya çempionatı vaxtı əldə etdiyi 20,01 saniyəlik ölkə rekordunu yeniləyib. Bu, həm də siyahıilin 6-cı, bütün zamanların 34-cü göstəricisi olub.
Qeyd edək ki, Ramil Quliyev Pekindəki dünya çempionatının finalına yüksələrək, 6-cı yeri tutub.