10 Sentyabr 2015 09:18
890
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyanın "Real" futbol klubu yaxın vaxtlarda portuqaliyalı hücumçu Kriştiano Ronaldonu satmaq niyyətində deyil.

"Report" xəbər verir ki, bunu klubun prezidenti Florentino Peres bildirib.

O, həmçinin qeyd edib ki, futbolçunun xidmətlərində maraqlı olan PSJ heyətini portuqaliyalı futbolçu ilə gücləndirə bilər, lakin parislilər onun transferinə görə 1 milyard avro ödəməli olacaqlar.

"Əgər PSJ Kriştiano Ronaldonu istəyirsə, o zaman hər şey çox sadədir: onlar 1 mlrd. avro ödəməli olacaqlar. Futbolda nəyisə qabaqcadan demək çətindir, lakin biz portuqaliyalı ilə 2016-cı ildə ayrılmaq niyyətində deyilik. Onun klub ilə müqaviləsi daha üç il müddətinə nəzərdə tutulub", — deyə Peres xatırladıb.


Müəllif:

Oxşar xəbərlər