Rusiyanın Sankt Peterburq şəhərində boks üzrə yeniyetmələr arasında keçirilən dünya çempionatında yarımfinalçıların adına aydınlıq gəlib.
Teleqraf.com-un məlumatına görə, Azərbaycanın 2 boksçusu Orxan Həsənov (54 kq) və Məhəmməd Abdullayev (81 kq) 1/4 finalda qalib gəlib. Bununla da boksçularımız ən azı bürünc medalları özlərinə təmin edib.
Qeyd edək ki, Həsənov Almaniya boksçusu Nik Bieri 2:1 hesabı ilə məğlub edib. O, yarımfinalda ABŞ təmsilçisi Mark Kastro ilə qarşılaşacaq.
Məhəmməd Abdullayev isə 1/4 finalda ABŞ təmsilçisi Riçard Torres üzərində qələbə qazanıb – 3:0. O, Rusiya idmançısı Dmitri Fominlə qarşılaşacaq.
Yeniyetmələr arasında Avropa çempionu Bəxtiyar Qazıbəyov isə yarımfinala vəsiqə uğrunda görüşdə kubalı Edel Akosta Qarsiyaya uduzub (1:2). 63 kq-da mübarizə aparan Sayad Lalayev isə qazaxıstanlı Aybol Jambirba ilə qarşılaşıb və uduzub.
Qeyd edək ki, dünya birinciliyi sentyabrın 12-də başa çatacaq.