Azərbaycan Cüdo Federasiyasının yeni vitse-prezidentləri təyin edilib.
Federasiyanın yeni vitse-prezidentləri “Neftçi” İdman Sağlamlıq Mərkəzinin icraçı direktoru Sadıq Sadıqov, Olimpiya çempionu Elnur Məmmədli, SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılov seçilib.
Cüdo üzrə beynəlxalq dərəcəli hakim Elman Babayev isə federasiyanın baş katibi təyin edilib.
Bu gün keçirilən mətbuat konfransında Azərbaycan Cüdo Federasiyasının yeni prezidenti Rövnəq Abdullayev bildirib ki, məqsəd Azərbaycan cüdosundakı mövcud probləmləri tezliklə aradan qaldırmaq, yaxşı nəticələr əldə etməkdir.