11 Sentyabr 2015 13:24
785
12 Punto 14 Punto 16 Punto 18 Punto

Estoniya millisinin düşərgəsində zədələnən "Qəbələ"nin futbolçusu Sergey Zenyovun durumuna aydınlıq gəlib.

Teleqraf.com xəbər verir ki, tibbi müayinədən sonra Zenyovun zədəsinin ciddi olmadığı aşkarlanıb. Artıq forvard məşqlərə qoşululub.

Zenyovun Azərbaycan Premyer Liqasının IV turunda "İnter"ə qarşı görüşdə meydana çıxması sual altında olsa da, "Qəbələ"nin Avropa Liqasında qrup mərhələsinin ilk turunun Yunanıstan PAOK-u ilə görüşündə oynayacağı dəqiqdi.

Sabah "İnter"lə üz-üzə gələcək "Qəbələ" sentyabrın 17-də PAOK-la qarşılaşacaq.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər