"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Borussiya" Almaniya Bundesliqasında növbəti matçına çıxıb.
Teleqraf.com xəbər verir ki, Dortmund təmsilçisi IV turda səfərdə "Hannover"in qonağı olub və 4:2 hesablı qələbə qazanıb.
Keçirdiyi 4 oyundan sonra 12 xala sahib olan "Borussiya" turnir cədvəlinə başçılıq edir.
Almaniya Bundesliqası, IV tur
12 sentyabr
"Hannover" - "Borussiya" - 2:4
Qollar: Artur Sobex, 18; 53 - Pyer-Emerik Obameyanq, 35; 85, Henrix Mxitaryan, 44, Felipe, 67 (avtoqol)
Teleqraf.com oyundan videonu təqdim edir:
Rüstəm