13 Sentyabr 2015 19:43
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ağır oyun keçdi. Məğlub olsaq da, qol vurmaq üçün bir neçə epizodumuz oldu. Rəqib buraxdığımız səhvlərdən istifadə etdi və qələbə qazandı”.


Bu sözləri Qol.Az-a açıqlamasında “Qəbələ”nin futbolçusu Arif Daşdəmirov “İnter”ə uduzduqları oyundan (1:2) sonra deyib.

Millimizin üzvü sıx qrafiklə oynadıqlarını ancaq bunun onlar üçün çətinlik yaratmadığını bildirib: ”Məğlub olmağımızda qorxulu bir şey yoxdur. Qarşıdan PAOK-la oyun gəlir. “İnter”lə matçı unudub bütün diqqətimizi bu matçayönəltməli və yaxşı hazırlaşmalıyıq. Sıx qrafiklə oynasaq da, biz hər şeyin öhdəsindən gələcək gücdəyik”.

Arif Daşdəmirov matçın sonlarına yaxın “İnter”in futbolçusu Nizami Hacıyevlə arasında yaşanan münaqişəyə də toxunub: “Nizami ilə aramızda heç bir problem yoxdur. O, mənim dostumdur. Sadəcə, oyunun sonuna yaxın əvəzlənən zaman vaxtı uzatmağa çalışırdı. Mən də meydanı tez tərk etməsini istədim”.


Müəllif:

Oxşar xəbərlər