13 Sentyabr 2015 22:49
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

FİFA-nın qoyduğu qadağalara görə “Xəzər Lənkəran”da çıxışı alınmayan milli üzvləri Vüqar Nadirov və Ruslan Abışovun cənub klubundan ayrıldığını xəbər vermişdik. Apasport.az saytının məlumatına görə, hər iki futbolçu artıq özlərinə yeni klub tapıblar.


Belə ki, cənubluların düşərgəsini tərk edən futbolçular bundan sonra karyeralarını birlikdə davam etdirə bilərlər. Əldə etdiyimiz məlumata görə, milli üzvləri “Qəbələ”nin maraq dairəsindədi.


Klubdan aldığımız məlumata görə, tərəflər bu gün danışıq masasına oturacaqlar. Roman Qriqorçukun da heyətdə görməyi çox istədiyi hər iki futbolçu ilə razılıq əldə olunacağı gözlənlir.


Anlaşmaya mane olacaq yeganə cəhət isə futbolçuların ancaq daxili birincilikdə oynaya biləcək olmalarıdı.


Müəllif:

Oxşar xəbərlər