Tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsində mübarizəyə hazırlaşan “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.
Teleqraf.com xəbər verir ki, "Qırmızı-qaralar" Azərbaycan millisinin futbolçusu Vüqar Nadirovu rənglərinə bağlıyıb. Hücumçu ilə 2015-ci ilin sonunadək anlaşma əldə olunub.
28 yaşlı hücumçu “Qəbələ”yədək “Qarabağ” (2001-2005, 2009-2015), "Xəzər Lənkəran" (2005-2008) “Masallı” (2008) və “Karvan"da (2008-2009) çıxış edib.
2015-ci ilin yayında “Xəzər Lənkəran”a keçən Nadirov Azərbaycan milli komandasında 61 qarşılaşmada 4 qol vurub.