Azərbaycanın “Lokomotiv” voleybol klubunun transfer etmək istədiyi voleybolçunun adı məlum olub.
Teleqraf.com xəbər verir ki, “Dəmiryolçular” Serbiya millisinin keçmiş ulduzu Yelena Nikoliçini almaq istəyir.
Belə ki, 2012/2013 mövsümündə klubsuz qalan, ardınca Türkiyə “Vakıfbank”ına keçən 32 yaşlı hücumçu artıq İstanbul təmsilçisindən ayrıldığından transfer siyahısına daxil edilib.
Yayılan məlumatlara görə, “Vakıfbank”da gününü ehtiyatda keçirən 194 sm boya malik voleybolçu ilə danışıqlara start da verilib. Lakin millisinin heyətində Avropa çempionu, Avroliqanın qalibi olan Nikoliç hələ yekun qərarı verməyə tələsmir.
Buna səbəb Çempionlar Liqasının və klublararası dünya çempionatının qızıl medalçısının eyni zamanda İstanbulun “Əczaçıbaşı”, “Qalatasaray” və “Beşiktaş” klubundan da real təklif almasıdır. Serbiyalı isə bu 4 klubun irəli sürdüyü anlaşmanı nəzərdən keçirib, son sözünü deyəcək.
Aygün İlqarqızı