16 Sentyabr 2015 13:52
617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Liqasının qrup mərhələsində sabah "Tottenhem"lə qarşılaşacaq "Qarabağ" İngiltərədədi.

Teleqraf.com klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi dünən 18:30-da Bakını tərk edib.

Bakı-London reysi ilə hərəkət edən komanda 5 saatlıq uçuşdan sonra London şəhərinə çatıb. Komanda axşam yeməyindən sonra istirahətə çəkilib.

Bu gün "Qarabağ" oyunun keçiriləcəyi arenada sonuncu məşqinə çıxacaq.

Rüstəm


Müəllif: