İlk "11-lik"də həmçinin Loik Remi, Əbdül Rəhman Baba, Hari Keyhill və Oskar yer alacaq.
Teleqraf.com xəbər verir ki, Çempionlar Liqasının qrup mərhələsində bu gün doğma meydanda "Makkabi" ilə üz-üzə gələcək "Çelsi"nin baş məşqçisi Joze Mourinyo heyətlə bağlı ciddi dəyişiklik edəcək.
Bu barədə "The Telegraph" məlumat yayıb. Portuqaliyalı mütəxəssis start heyətində Con Terri, Branislav İvanoviç, Nemanya Matiç və Dieqo Kostaya yer verməyəcək.
Dayaq mövqeyində gənc yarımmüdafiəçi Ruben Loftus-Çik oynayacaq. İlk "11-lik"də həmçinin Loik Remi, Əbdül Rəhman Baba, Hari Keyhill və Oskar yer alacaq.
"Çelsi" – "Makkabi" (Təl-Əviv) oyunu Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
Rüstəm