17 Sentyabr 2015 18:35
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda "Şaxtyor"la oyunda (4:0) zədələnən "Real"ın futbolçusu Qaret Beylin durumuna aydınlıq gəlib.

Qol.Az-ın "Marca" qəzetinə istinadən verdiyi məlumata görə, tibbi müayinədən keçən uelsli futbolçunun ən azı 1 ay yaşıl meydanlardan kənarda qalacağı məlum olub.

"Şaxtyor"la oyunda əzələsini dartan 26 yaşlı matçın 31-ci dəqiqəsində əvəzlənmək məcburiyyətində qalıb.

Qeyd edək ki, Beyl bu mövsüm "Real"ın heyətində keçirdiyi 4 oyunda 2 qol vurub.


Müəllif:

Oxşar xəbərlər