18 Sentyabr 2015 22:13
605
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mançester Siti" ciddi itki ilə üzləşib.

Qol.Az-ın klubun rəsmi "tvitter" səhifəsinə istinadən verdiyi məlumata görə, komandanın müdafiəçisi Vinsen Kompani zədələnərək sıradan çıxıb.

Bu barədə danışan klubun baş məşqçisi Manuel Peleqrini belçikalı futbolçunun Premyer Liqanın qarşıdakı iki oyununda iştirak etməyəcəyini bildirib:

"Kompaninin zədəsi var. Onun əzələsi dartılıb. Bu səbəbdən o, "Vest Hem" və "Sanderlend"lə görüşlərdə meydana çıxa bilməyəcək. "Tottenhem"lə görüşdə oynayıb-oynamayacağı hələlik məlum deyil".

Qeyd edək ki, Peleqrini komandanın hücumçusu Serxio Aqueranın artıq sağaldığını və qarşıdakı görüşlərdə meydana çıxa biləcəyini deyib.


Müəllif:

Oxşar xəbərlər