İspaniya La Liqasında növbəti turun "Levante" ev oyununa hazırlaşan "Barselona" zədəli futbolçularından biri artıq sağalıb.
Teleqraf.com xəbər verir ki, ötən ayın 23-də "Atletiko" ilə primeronun ilk turunda sıradan çıxmış Dani Alves artıq ümumi qrupda məşqlərə başlayıb.
32 yaşlı braziliyalı bud sümüyündən zədə almışdı və onun bir aydan artıq yaşıl meydanlardan uzaq qalacağı bildirilirdi.
Bununla belə, Alvesin sentyabrın 20-də "Levante" ilə qarşılaşmada meydana çıxacağı gözlənilir.
Rüstəm