19 Sentyabr 2015 17:06
617
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə Futbol Assosiasiyası "Çelsi"nin baş məşqçisi Joze Mourinyo haqqında araşdırma aparır.

Teleqraf.com xəbər verir ki, bu barədə "The Independent" nəşri məlumat yayıb. Buna səbəb portuqaliyalı mütəxəssisin ölkə çempionatının ilk turunda "Suonsi" ilə görüşdə (2:2) klubun həkimi Eva Karneyronu təhqir etməsidi.

Əgər Mourinyonun günahı sübuta yetirilsə, onun ən azı 5 oyunluq cəzalandırılacağı gözlənilir.

Sözügedən oyunun gedişində Karneyro meydana daxil olub, Eden Hazarda kömək edəndən sonra Mourinyo xanım həkimin ünvanına portuqalca "Filha de puta" (fahişə qızı) deyib.

Bu qarşılaşmadan sonra Mourinyonun göstərişinə əsasən, Karneyro "Çelsi"nin məşqlərindən və oyunlarından uzaqlaşdırılıb.

Portuqaliyalı mütəxəssis "Suonsi" ilə görüşdə özündən çıxmasını belə şərh etmişdi: "Mən əmin idim ki, Eden Hazardın ciddi problemi yoxdu. Ancaq həkimlər səhv müdaxilə etməklə komandanı əks-hücum zamanı azlıqda qoydular".

Rüstəm


Müəllif:

Oxşar xəbərlər