Çempionlar Liqasında qrup mərhələsinin ilk turunun ən yaxşı futbolçusu müəyyənləşib.
Qol.Az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu göstəricidə "Real"ın futbolçusu Kriştiano Ronaldo ən yaxşı seçilib.
Respondentlərin 41 faizi "Şaxtyor"la görüşdə het-trik edən portuqaliyalı futbolçuya səs verərək onu birinci ediblər.
"Zenit"in hücumçusu Halk 21 faiz səslə ikinci, "Roma"nın müdafiəçisi Alessandro Florenzi isə 15 faizlə üçüncü olub.