18 Aprel 2014 18:59
910
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 12-də Braziliyada start götürəcək dünya çempionatının təhlükəsizliyi ilə bağlı problem yaranıb.

Teleqraf.com xəbər verir ki, Braziliyanın Baiya ştatının Salvador şəhərində polislər müddətsiz tətilə başlayıblar. Onlar məvaciblərinin artırılmasını tələb edirlər. Salvador Braziliyanın ən kriminal şəhərlərindən biri sayılır.

Son illər bu bölgədə cinayətkarlığın səviyyəsi sürətlə artır. Hökumət vəziyyətə nəzarət etmək üçün şəhərə 2500 hərbiçi cəlb edib. Qeyd edək ki, Salvadorda dünya çempionatının 6 qarşılaşması keçiriləcək.


Müəllif:

Oxşar xəbərlər