31 May 2014 22:06
814
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni mövsüm üçün hücum xəttini gücləndirməyi planlaşdıran "Arsenal" klubu növbəti hədəflərini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, London klubu 3 hücumçu ilə yaxından maraqlanır.

Bunlar Kərim Benzema ("Real", Madrid), Mario Mandzukiç ("Bavariya") və Luik Remidir ("Kvins Park Reyncers"). Benzema hazırda "Real"la yeni müqavilə imzalamaq barədə danışıqlar aparır. Münhen təmsilçisi də Mandzukiçi buraxmaq niyyətində deyil. Yalnız Reminin "Arsenal"a keçmək ehtimalı yüksək görünür. Bununla belə, "topçular"ın bu üç hücumçudan hansını transfer edəcəyinə dünya çempionatından sonra aydınlıq gələcək.

Qeyd edək ki, "Arsenal" sabiq hücumçusu Robin van Persini də geri qaytarmağı planlaşdırır.


Müəllif: