25 Sentyabr 2015 08:43
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə Futbol Assosiasiyasının “Çelsi”nin baş məşqçisi Mourinyo ilə bağlı apardığı araşdırma yekunlaşmaq üzrədir. Assosiasiya portuqaliyalı mütəxəssisin “Çelsi”nin həkimi Yeva Karneyroya qarşı təhqiramiz ifadə işlədib-işlətmədiyini araşdırırdı.

Bununla bağlı dəlillər assosiasiyaya təqdim edilb. Dəlilləri “Women in Football” təşkilatı təqdim edib. Video və məktub halında olan dəlillərdə Mourinyonun portuqal dilində söyüş söydüyü məlum olub. Assosiasiya bu dəlilləri araşdırıb, qərar qəbul edəcək. Günahı sübut olunacağı təqdirdə, Joze Mourinyonu 5 oyunluq cəza gözləyir.

Bir müddət əvvəl məlumat yayılmışdı ki, Yeva Karneyro da bu insidentlə bağlı məhkəməyə müraciət etməyi düşünür.


Müəllif:

Oxşar xəbərlər