31 May 2014 22:37
883
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın "Rubin" klubunun türk futbolçusu Gökdeniz Qaradeniz yenidən öz ölkəsinə qayıda bilər.

Teleqraf.com-un xəbərinə görə, 34 yaşlı futbolçunun "Trabzonspor"a qayıdacağı iddia olunur.

Təcrübəli futbolçunun "Rubin"lə müqaviləsinin müddəti gələn ilin iyununda bitəcək. Lakin Gökdenizin karyerasını məhz ölkəsində başa vurmaq istədiyi bildirilir.

Qeyd edək ki, Gökdeniz 1997-2008-ci illərdə məhz "Trabzonspor"un şərəfini qoruyub.


Müəllif: