25 Sentyabr 2015 18:35
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə millisinin sabiq futbolçu Uğur Dağdelen yaşadığı evin qarajında intihar edib.

"Report"un məlumatına görə, 42 yaşlı U.Dağdelen yaşadığı evin qarajında tapança ilə başına atəş açıb.

Mərhumun cəsədi yerli vaxtla saat 18:00-da tapılıb. Meyit ekspertizaya göndərilib. U.Dağdelenin hansı səbəbdən intihar etdiyi bilinmir.

Qeyd edək ki, Uğur Dağdelen futbolçu karyerası ərzində Türkiyənin "Samsunspor", "Bursaspor", "Kayserispor" klublarında çıxış edib. 1998-ci ildə Türkiyə millisinin formasını geyinən futbolçu 2001-ci ildə 29 yaşında olarkən futbolçu karyerasını bitirib.


Müəllif:

Oxşar xəbərlər