“Biz hər oyun hücum futbolu oynayırıq. Qarşılaşmalara 4 hücumçu ilə çıxırıq".
Teleqraf.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Premyer Liqasının 6-cı turunda "Rəvan"a 3:0 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.
" Vüqar Nadirovun oynamadığına gəlincə, hələ meydançaya çıxmağa tam hazır deyil. Digər yeni transferimiz Derlis Meza Kolli isə artıq 1 oyunda meydançada olub. Lakin idmanda belə bir qayda var ki, futbolçu dincəlməlidir. Əsas məsələ "Krasnodar"la oyuna hazır olmasıdır. Onda hər şey qaydasındadır" - deyə o bildirib.
O deyib ki, meydana üç xal qazanmaq üçün çıxmışdılar:" Hər iki cəbhədə mübarizə apardığımız üçün qələbə digər oyuna köklənmək baxımından önəmlidir”.