26 Sentyabr 2015 22:39
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA prezidenti Mişel Platini FİFA-da korrupsiya ilə bağlı şahid qismində ifadə verb.

Publika.az-ın məlumatına görə, Mişel Platini öz ifadəsində FİFA-nın başçısı Yozef Blatterdən həmin təşkilatla müqavilə üzrə görülmüş işə görə 2 milyon İsveçrə frankı aldığını təsdiqləyib.

"Ödənişə gəlincə, bəyan etmək istəyirəm ki, bu məbləğ mənim FİFA ilə müqaviləyə uyğun olaraq gördüyüm işə aiddir. Hakimiyyət orqanları ilə bütün məsələlərə aydınlıq gətirməyə nail olduğum üçün şadam və istintaqla istənilən vaxt əməkdaşlıq etməyə hazıram", - Platini əlavə edib.

Xatırladaq ki, sentyabrın 24-də İsveçrə prokurorluğu Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Yozef Blatterə qarşı səhlənkarlıq və mənimsəmə maddələri ilə cinayət işi qaldırıb. Bununla yanaşı, o, UEFA-nın rəhbəri Mişel Platiniyə FİFA-nın vəsaitindən qanunsuz olaraq iki milyon İsveçrə frankı ödəməkdə şübhəli bilinir. Guya bu vəsait 1999-cu ildən 2002-ci ilədək olan dövrdə yerinə yetirilmiş işlərə görə verilib, amma ödəniş yalnız 2011-ci ildə həyata keçirilib.


Müəllif:

Oxşar xəbərlər