"Arsenal"ın futbolçusu Məsut Özil maraqlı fikirləri ilə diqqət çəkib.
Qol.Az-ın "Express"ə istinadən verdiyi məlumata görə, almaniyalı futbolçu heç bir oyunçunun 50 milyon avro dəyərində olmadığını bildirib:
"Müasir futbolda qiymətlər həddindən artıq şişirdilib. Düşünürəm ki, hazırda heç bir futbolçunun 50 milyon avro dəyəri yoxdur. Qiymətlərin belə yüksək olması futbolu tamamilə dəyişə bilər. Ona görə də ehtiyatlı olmalıyıq".