27 Sentyabr 2015 17:17
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının VI turunda "Neftçi" ilə bərabərə qaldıqları matçdan (1:1) sonra fikirlərini bildirib.

Teleqraf.com xəbər verir ki, təcrübəli mütəxəssis bunları dilə gətirib:

"Hər birinizi salamlayıram. Yeni stadionumuzda sizi gördüyüm üçün şadam. Yeni stadionumuzda ilk oyunumuz idi. Ola bilər ki bir qədər həyəcanlı görünürdük. "Neftçi"yə təşəkkür edirəm. Onlara təbrik düşür. Öz oyunumuza gəldikdə, ehtimal ki bəzi oyunçularımız matça tam hazır deyildilər. Bunun fonunda nəticədən razıyam. Biz Gəncədə şahid olduq ki, çempionatda asan oyun yoxdu. Odu ki, matçlarda qazanılan hər bir xalın qədrini bilməliyik. Düşünürəm ki, "Anderlext"lə oyuna hazırlaşmaq üçün vaxtımız var.

Şehiçin səhvinə normal yanaşmaq, onun üstünə çox getmək lazım deyil. Çünki dünyanın 1 nömrəli qapıçıları da belə səhvlər edirlər. Bəzən olur ki, hücumçu 1 metrdən qol vura bilmir, bəzən də qapıçı belə asanlar buraxır. Məncə, Şehiç öz üzərində çalışan qapıçıdı. Gələcək oyunlarda daha diqqətli davranacağına ümidvaram.

Hər bir ölkədə limitlə bağlı dəyişiklik var. Hər uğursuz oyundan sonra legionerlərin azlığını qabartmaq olmaz. Mən əlimdə olan hər bir oyunçuya güvənirəm. Bəli, bəzən limitə görə orta sahədə tam istədiyim dəyişikliyi edə bilmirəm. Sadəcə onu deyim ki, hazır olan futbolçunu meydançaya buraxıram".

Rüstəm


Müəllif:

Oxşar xəbərlər