27 Sentyabr 2015 13:11
849
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kataloniya klubunun Argentinalı ulduzu ciddi zədə alıb.

Teleqraf.com xəbər verir ki, İspaniya La Liqasının 6-cı turu çərçivəsində "Las Palması" qəbul edən "Barselona" klubu ciddi itki ilə üzləşib. Messi qarşılaşmanın 3-cü dəqiqəsində zədələnib. Meydanda kənardə həkimlərin müayinəsindən sonra oyuna qoşulan futbolçu 10-cu dəqiqədə Munir EL Hadidlə əvəz olunub.

Meydanı tərk etdikdən sonra xəstəxanaya aparılan oyunçu barəsində klubdan açıqlama verilib. Həkimlər Messinin 3-6 həftə arası yaşıl meydana qayıda bilməyəcəyini deyib.

Rüstəm


Müəllif: