Dortmund "Borussiya"sının keçmiş baş məşqçisi Yurgen Klopp "Liverpul"un çalışdırıcısı Brendan Rocersi əvəz edə bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Mersisayd təmsilçisi Rocersi istefaya göndərəcəyi halda 48 yaşlı alman mütəxəssis komandanın baş məşqçi postuna əsas namizəd olacaq.
Məlumatda bildirilir ki, Klopp "Liverpul"un başına keçməyə hazırdı, ancaq bir şərtlə ki, klub transfer siyasətini dəyişməlidi və bu işdə ona tam azadlıq verilməlidi.
Bundan başqa, Klopp üçün "Liverpul"un rəhbər postundakı ayrı-ayrı şəxsərin yox, bütün rəsmilərin onun namizədliyini dəstəkləməsi əhəmiyyətlidi.
Klopp bir neçə gün öncə açıqlamasında qeyd etmişdi ki, hazırda əsas diqqətini istirahətinə yönəldib və "Liverpul" haqda xəbərlərə münasibət bildirmək istəmir.
Rüstəm