"Borussiya" (Dortmund) klubundan ayrılan Yurgen Klopp daha bir təklifi rədd edib.
Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, almaniyalı mütəxəssis Meksika millisini çalışdırmaq istəməyib.
Bu barədə danışan Meskika Futbol Federasiyasının baş katibi Qillermo Kantu deyib: "Kloppla əlaqə saxladıq və ona baş məşqçi vəzifəsini təklif etdik. Lakin o, hazırda istirahət etdiyini və danışıqlara açıq olmadığını bildirdi".
Qeyd edək ki, bir müddət öncə "Liverpul"un baş məşqçi Brendan Rocersin əvəzləyəcisi olaraq göstərilən Klopp İngiltərə təmsilçisini çalışdırmayacağını açıqlayıb.