1 Oktyabr 2015 15:12
561
12 Punto 14 Punto 16 Punto 18 Punto

FİFA milli komandaların reytinq siyahısını açıqlayıb.

Keçən ayda AÇ-2016-nın seçmə mərhələsində evdə Xorvatiyayla 0:0, səfərdə isə Maltayla 2:2 hesablı heç-heçə edən millimiz, 5 pillə irəliləyərək 105-ci pillədə qərarlaşıb. Yığmamızın hesabında 328 xal var.

AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Bakıda qəbul edəcəyimiz İtaliya millisi 1 pillə geriləyərək 17-ci pillədə qərarlaşıb. Digər rəqiblərimizdən Xorvatiya 16-cı (-2), Norveç 34-cü (+35), Bolqarıstan 78-ci (-10), Malta isə 157-ci (+3) pillədə yer alıb.

Siyahıya isə əvvəl olduğu kimi Argentina millisi başçılıq edir (1419). Maradonanın həmvətənlərini 1401 xalla Almaniya və 1387 xalla Belçika təqib edir.


Müəllif: