2 Oktyabr 2015 02:02
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Avropa Liqasının qrup mərhələsində II turun oyunları keçirilib.

Teleqraf.com-un məlumatına görə, təmsilçilərimizdən “Qəbələ” də növbəti sınağına çıxıb.

Roman Qriqorçukun komandası səfərdə Rusiyanın “Krasnodar” klubu ilə üz-üzə gəlib.

Ardıcıl 6 avrokubok matçında uduzmayan “Qəbələ” uğurlu seriyanı davam etdirməyə çalışacaqdı. Fasiləyə 0:1 hesabı ilə məğlub yollanan "qırmızı-qaralar" ikinci hissənin əvvəlində hesabı bərabərləşdirib. Lakin matçın sonlarına doğru daha bir qol buraxan "Qəbələ" görüşdən məğlub ayrılıb - 1:2.

00.25

Bu gün Avropa Liqasının qrup mərhələsində II turun oyunları keçiriləcək.

Teleqraf.com-un məlumatına görə, təmsilçilərimizdən “Qəbələ” da növbəti sınağına çıxacaq.

Roman Qriqorçukun komandası səfərdə Rusiyanın “Krasnodar” klubu ilə üz-üzə gələcək.

Ardıcıl 6 avrokubok matçında uduzmayan “Qəbələ” uğurlu seriyanı davam etdirməyə çalışacaq. Qələbə sayəsində komandamız ilkə imza ata bilər. Təmsilçimiz avrokuboklarda səfər qələbəsi qazanmayıb.

“Kuban” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 00:05-də başlayacaq.

1 oktyabr

Avropa Liqası, qrup mərhələsi

II tur

C qrupu


00:05. “Krasnodar” (Rusiya) – “Qəbələ” (Azərbaycan) - 1:0 (Birinci hissə)
Qol: Vanderson, 8 (1:0)
Baş hakim: Marçin Borski (Polşa)
Krasnodar. “Kuban” stadionu


Müəllif: