Böyük Britaniya və İrlandiyanın birləşmiş komandası dünya yığması ilə xeyriyyə matçı keçirəcək.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Britaniya və İrlandiyanın birləşmiş komandasının kapitanı Devid Bekhem olacaq. Zinəddin Zidan isə analoji vəzifəni dünya yığmasında həyata keçirəcək. Aleks Ferqyuson birləşmiş komandaya, Karlo Ançelotti isə dünya yığmasına baş məşqçilik edəcək. Oyun noyabrın 14-də "Old Trafford" stadionunda baş tutacaq. Matçdan əldən edilən gəlir BMT-nin Uşaq Fonduna göndəriləcək.
Rüstəm