FİFA-nın sponsporları Coca-Cola və McDonalds şirkətləri prezident Yozef Blatteri istefaya çağırıb.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bununla bağlı Coca Cola şirkətinin açıqlamasında bildirilir:
"FİFA hər keçən gün öz adını ləkələyir. Bu qurumda ciddi dəyişikliklərə ehtiyac var".
McDonalds isə açıqlamasında Y.Blatterdən istefa etməyi gözlədiklərini yazıb.