Azərbaycan yığmasının Avro-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliya və Bolqarıstan milliləri ilə keçirəcəyi oyunlar üçün açıqlanan heyətində dəyişiklik baş verib. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, "Qarabağ" klubunun futbolçusu Cavid Tağıyev zədələndiyi üçün millinin heyətindən çıxarılıb.
Əvəzində, Elvin Məmmədov (“Qarabağ”) və Maqomed Mirzabekov (“Qəbələ”) milli komandaya dəvət olunub.
Qeyd edək ki, oktyabrın 10-da İtaliyanı qəbul edəcək Robert Prosineçkinin yetirmələri 3 gün sonra səfərdə Bolqarıstanla oynayacaq.