Böyük Britaniya hökuməti FİFA prezidenti Yozef Blatteri istefaya çağırıb. Goal.az "BBC"yə istinadən xəbər verir ki, Britaniyanın idman naziri Treysi Krauç bu barədə deyib:
"Blatter nə qədər tez getsə, FİFA genişmiqyaslı islahatları o qədər tez başlaya bilər".
Qeyd edək ki, dünən FİFA-nın əməkdaşlıq etdiyi "Coca Cola" və "McDonald`s" şirkətləri də Blatterin istefa verməsini istəmişdi.