"Çelsi"nin baş məşqçisi Jose Maurinyo Premyer Liqanın VIII turunda "Sauthempton"a məğlubiyyətdən (1:3) sonra sərt açıqlamalar verib.
Teleqraf.com xəbər verir ki, vəzifəsindən ayrılmayacağını vurğulayan portuqaliyalı mütəxəssis bunları dilə gətirib:
"Əgər biz növbəti matçda da uduzsaq, onda hər şey pisə doğru gedəcək. Mən heç bir halda məşqçi postundan getməyəcəm. Heç bir halda. Niyə? Çünki "Çelsi"də məndən yaxşı baş məşqçi ola bilməz.
Mənimlə eyni səviyyədə olan bir çox mütəxəssis var. Amma onlar daha yaxşı deyillər. Ona görə də mənim getmək şansım yoxdu. Mənim peşəkar qürurum var və bilirəm ki, öz işimdə çox yaxşıyam. İkincisi mən bu klubu sevirəm.
Klub məni istəmirsə, qovmaq məcburiyyətindədi. Çempionluq şansımız çətin görünür, amma yanvar ayına qədər ilk "4-lük"də olacağımıza hər zamandan daha çox inanıram.
Bu, çox vacib bir qərardı. Əgər "Çelsi" rəhbərliyi məni qovsa, o zaman tarixlərindəki ən yaxşı məşqçini qovmuş olacaqlar. Klub məndən yaxşı mütəxəssis tapa bilməz".
Rüstəm