6 Oktyabr 2015 08:08
632
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Çelsi" baş məşqçisi Joze Mourinyonun istefaya göndəriləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, London təmsilçisindən verilən açıqlamada portuqaliyalı mütəxəssisin işinə davam edəcəyi qeyd olunub:

"Mourinyo dəstəyimizlə işinə davam edəcək. Onun da dediyi kimi komandanın son göstərdiyi nəticələr yaxşı deyil. Ancaq mövsümü yaxşılığa doğru dəyişmək üçün düzgün baş məşqçiyə və bunu edə biləcək heyətə sahibik".

Qeyd edək ki, "Çelsi" Premyer Liqada geridə qalan 8 turdan sonra 8 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.


Müəllif:

Oxşar xəbərlər