FİFA Malaziya yığmasını cəzalandırıb.
Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, buna "DÇ-2018"in seçmə mərhələsində Səudiyyə Ərəbistanı ilə keçirilən oyunda yaşanan xoşagəlməz hadisələr səbəb olub.
Sentyabrın 8-də Malaziyada keçirilən oyun zamanı yerli azarkeşlərin meydana fişəng və partladıcı maddələr atması səbəbindən görüş yarımçıq dayandırılıb. Həmin oyunda baş verənlərlə bağlı qərarlarını açıqlayan FİFA İntizam Komitəsi Malaziya yığmasına 0:3 hesablı texniki məğlbubiyyət verib.
Üstəlik komanda noyarın 17-də öz meydanında Birləşmiş Ərəb Əmirlikləri ilə baş tutacaq oyunu boş tribunalar önündə keçirməli olacaq. Həmçinin Malaziya Futbol Federasiyası 40 min İsveçrə frankı (təqribən 43 min manat) məbləğində cərimələnib.