2 İyun 2014 11:39
1 017
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə yığması Braziliyaya yola düşərkən maraqlı hadisə ilə üzləşib. Komik aktyor Saymon Brokin Berfordşir aeroportunda futbolçularla söhbət üçün onlara yaxınlaşıb.

Teleqraf.com xəbər verir ki, millinin oyunçularının geyindiyi kostyumda olan aktyor pasportunu göstərərək təyyarəyə keçmək istəyib. Lakin bunu Stiven Cerard görüb. Polislər işə qarışıb.

Bundan sonra aktyoru aeroportdan uzaqlaşdırıblar.

Qeyd edək ki, bu Saymon Brodkinin ilk belə hərəkəti deyil. O,bir dəfə də “Mançester Siti”nin futbolçuları kimi geyinərək məşqə qatılmışdı.

Aygün İlqarqızı


Müəllif: