Oktyabrın 14-dən 25-dək Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ölkənin bütün regionlarında “Red Bull Winning 5” nadir futbol turniri keçiriləcək. Noyabrın 1-də Bakıda keçiriləcək milli finala 16 komanda seçiləcək.
Turniri nadir edən onun konsepsiyasıdır. Harada ki, hər komandada beş oyunçu olur, matç qapıçılarsız keçir və əks komandanın qapılarına vurulmuş hər qol həmin komandanın bir oyunçusunu meydançadan uzaqlaşdırır.
Seçim turları oktyabrın 14-də Qubada, 17-də Şəkidə, 18-də Gəncədə, 21-də Lənkəranda, 24-də Sumqayıtda, 25-də Bakıda keçiriləcək.
Bakıdan altı, qalan hər şəhərdən isə iki ən güclü komanda finala qatılacaq. Beləliklə, milli finalda bütün respublikadan 16 komanda iştirak edəcək və 2016-cı ildə keçiriləcək dünya çempionatının finalında iştirak uğrunda mübarizə aparacaq.
Oyunun qaydalarına əsasən iki komanda beş beşə (5x5), qapıçılarsız, 2x1 metr ölçülü qapılarla, 14x27 metr ölçülü meydançada oynayırlar. Matç 10 dəqiqə davam edir. Rəqibin qapılarına vurulan hər qol rəqibin komandasından bir oyunçunu uzaqlaşdırır. Oyun komandalardan birinin son oyunçusunun uzaqlaşdırılmasına və ya matçın vaxtı bitənə qədər davam edir. Matçın sonunda oyunçuların sayı ən çox qaldığı komanda qalib gəlir. Oyunçuların yaş məhdudiyyəti 16-24-dür.
Komandaların qeydiyyatı onlayn şəklində www.redbull.az/winning5 saytında keçirilir.
“Red Bull Winning 5” ənənəvi qaydalardan fərqlənən qaydalarla keçirilən, bütün dünyada futbolun həvəskarları tərəfindən sevilən çempionatdır. Azərbaycanda turnir ikinci dəfə keçirilir və 2013-cü ildən fərqli olaraq bütün ölkəni əhatə edir.